05 Avqust 2025 15:57
227
KRİMİNAL

Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə saxlanıldı

Oğuzda kənd sakinlərinə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, R.Səmədov saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb. Həmçinin o, 2010-cu ildə Münəvvər Zakirovanı balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.