Oktyabrda hava iqlim normasından yuxarı olub
Ötən ay Azərbaycanda hava iqlim normasından 3 dərəcə yuxarı olub.
Adalet.az xəbər verir kİ, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ay ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 25 gün normadan yuxarı (1–8 dərəcə), 3 gün normadan aşağı (1–6 dərəcə) olub. 3 gün temperatur iqlim norması daxilində müşahidə edilib. Orta aylıq temperatur 19 dərəcə isti olub ki, bu da iqlim normasından 3 dərəcə yuxarıdır.
Bakı və Abşeron yarımadasında maksimal temperatur oktyabrın 18-də Sumqayıtda 30 dərəcə isti, bölgələrdə isə oktyabrın 14-də Zəngilanda 34 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında oktyabrın 4-də Bakıda 10 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə həmin tarixdə Şahdağda 5 dərəcə şaxta olub.
Oktyabr ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunub, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv, leysan xarakterli və güclü olub. Dağlıq ərazilərə sulu qar və qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 sm qeydə alınıb. Ümumilikdə, ay ərzində bölgələrdə 30 gün yağıntılı hava şəraiti müşahidə olunub.
Məlumata görə, ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 441 faizi olmaqla 199 mm (Neftçala), Balakən–Şəki zonasında aylıq normanın 238 faizi olmaqla 206 mm (Şəkinin Kişçay ərazisi), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 448 faizi olmaqla 84 mm (Neft Daşları) təşkil edib.
Oktyabr ayı ərzində Yardımlı və Gədəbəy rayonlarının bəzi ərazilərində, Zaqatala rayonunun Yuxarı Tala kəndində, Şəki rayonunun Oxud və Kişçay kəndlərində, eləcə də Şahbuz rayonunun Biçənək kəndində dolu müşahidə olunub. Ən iri dolu oktyabrın 10-da Yardımlı rayonunda qeydə alınıb, diametri 18–20 mm olub.
Ay ərzində Bakı və Abşeron yarımadasında 4 gün, bölgələrdə isə 11 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 20 m/s təşkil edib.
Digər Xəbərlər
02 Noyabr 2026 12:58
Sabah Bakıda 23 dərəcə isti olacaq
02 Noyabr 2026 12:31
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə “Məhsul bayramı” keçirilib - FOTOLAR
01 Noyabr 2026 14:01
Leyla Əliyeva Payız festivalından paylaşım etdi
31 Oktyabr 2026 11:09
Şahdağa qar yağıb - Faktiki hava
31 Oktyabr 2026 00:08
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - VİDEO
30 Oktyabr 2026 17:13
Paytaxtın hansı ərazilərində evlər sökülə bilər? - AÇIQLAMA
30 Oktyabr 2026 16:04
Qarabağ Milli Parkının sahəsi 88 min 400 hektar olacaq
30 Oktyabr 2026 11:15


Bakı -°C

