Olaf Şolts: "Tramp müharibəyə son qoymaq istəyir"
Almaniya kansleri Olaf Şolts, T-Online portalına müsahibəsində bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Ukrayna müharibəsini bitirmək istəyir. Kanslerin sözlərinə görə, bu yalnız Ukraynanın gücləndirilməsi sayəsində baş tuta bilər.
"Tramp müharibəyə son qoymaq istəyir. Mənə elə gəlir ki, o da bizim kimi əmindir ki, buna Ukrayna hərbi cəhətdən güclü olarsa nail olmaq olar"- deyə Şolts bildirib.
Şolts Trampla telefon danışıqları zamanı bununla bağlı hər hansı bir müzakirə aparıldığını açıqlamayıb. Sadəcə qeyd edib ki, ABŞ və Avropa münaqişənin həll olunmasında eyni mövqedə olacaqlar.
Şolts daha sonra əlavə edib ki, atəşin dayanfdrılması hələ müharibənin başa çatması demək olmayacaq. Almaniya digər dövlətlərlə birlikdə Ukraynanın təhlükəsizliyinin təmin olunmasına çalışacaq.
Rüstəm Hacıyev
Digər Xəbərlər
25 Yanvar 2026 14:21
Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu
25 Yanvar 2026 14:15
Rusiya Ukraynanın itkilərini yenilədi
25 Yanvar 2026 13:58
ABŞ “Tomahawk” raketlərini modernləşdirir
25 Yanvar 2026 09:43
Fransa hökumətində dəyişikliklərin edilməsi gözlənilir
25 Yanvar 2026 09:22
Suriya kürdlərlə atəşkəsi 15 gün uzatdı
25 Yanvar 2026 09:15
Ukrayna NATO ilə Rusiya arasında "bufer zona" olmalıdır - Orban
25 Yanvar 2026 09:02
Türkiyədə nişan mərasimində 113 nəfər dəm qazından zəhərləndi
25 Yanvar 2026 09:00


Bakı -°C

