"Ölkədə iqtisadi artım təmin edilib" - Nazir
“Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun, maliyyə dayanıqlığı və sosial öhdəliklərin tam yerinə yetirilməsi prinsiplərinə müvafiq şəkildə icra edilib”.
Adalet.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hesabat ili ərzində qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi altında ölkədə makroiqtisadi sabitlik qorunub, iqtisadi artım təmin edilib və dövlət siyasətinin əsas prioritetləri üzrə nəzərdə tutulan bütün tədbirlər ardıcıl şəkildə həyata keçirilib:
“Hesabat dövründə büdcə həm iqtisadi artımın dəstəklənməsinə, həm sosial öhdəliklərin tam icrasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasına xidmət edib, Azərbaycanın 2030-cü ilədək milli prioritetlərinə doğru irəliləyişi təmin edib”, - deyə S. Babayev qeyd edib.
Nazir bildirib ki, həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində son illərdə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında rolunu əhəmiyyətli dərəcədə artırıb.
Digər Xəbərlər
22 Oktyabr 2026 12:11
Azərbaycanda daxili yanma mühərrikli avtomobillər mərhələli istismardan çıxarılacaq
22 Oktyabr 2026 10:32
“Azeri Light”ın qiyməti 120 dollara yaxınlaşdı
22 Oktyabr 2026 10:09
Xaricə gedənlərin sayı azalıb
21 Oktyabr 2026 22:00
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
21 Oktyabr 2026 11:44
Azərbaycanda yağ kəskin bahalaşdı
21 Oktyabr 2026 10:20
AZƏRBAYCANDA DAĞ-MƏDƏN EKOLOGİYASININ İNKİŞAF PERSPEKTİVLƏRİ
21 Oktyabr 2026 08:04
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
20 Oktyabr 2026 13:18


Bakı -°C

