"Ölüm mələyi" öldü: Hidrogen bombasının "atası" Riçard Qarvin
ABŞ-da hələ 1952-ci ildə atom bombasından daha təsirli və dağıdıcı bir silah olan hidrogen bombası yaradıldığı məlum idi. İlk bomba 1954-cü ildə Sakit okeandakı Marşal adalarına atılaraq sınaqdan keçirilib. Bu bomba Xirosima və Naqasakiyə atılan bombalardan 1000 qat daha çox dağıdıcı gücə sahib olub.
Bu bombanı icad edən və patentini öz adına yazdıran amerikalı fizik və ilk Amerika hidrogen bombasının yaradıcılarından biri kimi adını bəşəriyyətə tanıdan Riçard Lourens Qarvin idi. O, 1951-ci ildə ilk bu layihə üzərində çalışanda onun cəmi 23 yaşı var idi.
Adalet.az xəbər verir ki, 1928-ci il aprelin 19-da Klivlenddə anadan olan hidrogen bombasının yaradıcısı 97 yaşında vəfat edib.
Qarvin mayın 13-də Nyu-Yorkun Skarsdeyl şəhərindəki evində dünyasını dəyişib.
Amerikalı fizik 500-dən çox elmi məqalənin və 47 patentin müəllifi, həmçinin 2003-cü ildə ABŞ Milli Elm Medalı da daxil olmaqla mükafatların sahibidir.
Xatırladaq ki, nüvə sahəsində ABŞ-la rəqabət aparan SSRİ də ondan geri qalmayıb və 1961-ci ildə istehsal etdiyi "Çar Bomba" adlı ilk hidrogen bombasını sınaqdan keçirib. SSRİ-nin malik olduğu bomba Xirosimaya atılan bombadan 3800 dəfə güclü olub. Hətta 1961-ci ilin 30 oktyabrında Novaya Zemlyada həyata keçirilən sınaq zamanı yaranan alov topu 965 km aralıdan görünüb.
Əntiqə Rəşid
Digər Xəbərlər
15 Aprel 2026 21:00
ABŞ qırıcısının vurulmasını çəkən jurnalist həbs edildi
15 Aprel 2026 20:43
Meloni: Ukraynaya dəstək bizim mənəvi borcumuzdur
15 Aprel 2026 20:32
Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur
15 Aprel 2026 19:57
Məktəbliləri öldürən şəxsin FOTOSU - VİDEO
15 Aprel 2026 19:43
“Edə bilmədikləri yeganə şey onu “Tramp Boğazı” adlandırmaqdır”
15 Aprel 2026 19:36
Türkiyə PA-dan məktəbdəki atışma ilə bağlı BƏYANAT
15 Aprel 2026 19:16
Bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının DİQQƏTİNƏ!
15 Aprel 2026 19:06


Bakı -°C

