Onlara da xüsusi rütbə veriləcək
Xüsusi rütbələrin verilməsi qaydasına dəyişiklik olunur.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlar penitensiar xidmətlə yanaşı, artıq tibb xidmətlərində də vəzifələrə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun müvaiq xüsusi rütbələr veriləcək.
Tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, penitensiar müəssisələrin tibb-sanitar hissələrində, habelə penitensiar müəssisələrin mühafizəsi penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçəcəklər.
Tibb xidmətinin qulluqçularının hərbi xidmət keçmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənəcək.
Qeyd edilib ki, layihə ilə Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur.
Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Qanunun 24-cü maddəsinə təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.
Layihə ilə təklif olunan digər dəyişiklik məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsinin qanunvericilik səviyyəsində təsbit edilməsi ilə bağlıdır.
Beləliklə, Qanun layihəsinin qəbulu ədliyyə orqanlarının tibb xidmətinin fəaliyyətinin daha səmərəli təşkilinə, həmin sahədə xidmət keçən hərbi qulluqçuların hüquqi statusunun dəqiq müəyyən edilməsinə, xüsusi rütbələrin verilməsi sahəsində vahid hüquqi mexanizmin formalaşdırılmasına və hüquqi tənzimləmənin təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Digər Xəbərlər
15 Sentyabr 2026 14:05
Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı - Qanun dəyişir
15 Sentyabr 2026 14:04
Bu şəxslərin Azərbaycanda qalma müddətləri - Qanunla müəyyənləşəcək
15 Sentyabr 2026 13:42
Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
15 Sentyabr 2026 12:19
FHN Ağdamda təlim keçirdi - VİDEO
15 Sentyabr 2026 11:34
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
15 Sentyabr 2026 10:36
Səfirlik əməkdaşları Şəhidlər xiyabaında - FOTO
15 Sentyabr 2026 10:16
“Əhli Beytin vəhdət ənənəsində İmam Muhəmməd Baqirin rolu”
15 Sentyabr 2026 09:54


Bakı -°C

