Ordu bir millətin şərəf yeri... - Elxan Şükürlü yazır
Ordu bir millətin şərəf yeri, ləyaqət məktəbi, ümid və nicat qapısı, qürur və ilham mənbəyidir!
Ordun varsa, demək ki, düşmənindən qoruyanın, uğrunda ölməyi və öldürməyi bacaranın, ən çətin anda xilaskarın və səni hədəflərinə götürənin var!
Bu səbəbdən, tarixən bir dövlətin, millətin və hökmdarın gücü, qüdrəti yalnız Ordusunun gücü və qüdrətiylə ölçülüb, qiymətləndirilib!
Baxın, elə bu gün yaşadığımız dünyada nə qədər ədalətdən, sülhdən, demokratiyadan danışılsa da, xalqları, millətləri istədikləri kimi idarə etməyə çalışanlar, dövlətlərin ərazi bütövlüyünü və suverenliyini təhdid edənlər, onlara sərbəst yaşayış imkan verməyənlər, sərvətlərini talamağa çalışanlar məhz dünyanın ən güclü ordularına sahib dövlətlər, onların yön verdikləridir!
Güclü Ordu indi müstəqil dövlətin, gerçək müstəqilliyin və özünüqorumanın yeganə təminatçısıdır!
Biz bunu son 30 ildə əyani şəkildə görən və ən yaxşı bilən xalqlardanıq!
Biz gördük və bildik ki, sən nə qədər haqlı olursansa ol, gücsüzsənsə, səni heç kəs dinləməyəcək, səninlə hesablaşmayacaqlar; səni əzməyə, torpağını və haqqını əlindən almağa qalxacaqlar; əymək, sındırmaq, talayıb “modern kölə” etmək istəyəcəklər!
Ədalətin hakim olmadığı bu dünyada əyilmək, sınmaq, kölə olmaq istəməyən, özünü, varlığını qorumağa çalışan millət və dövlət mütləq güclü olmağı bacarmalı, güclənməyin yolunu tapmalıdır!
Bu yolun nədən başladığını, haradan keçdiyini isə 44 günlük Qarabağ savaşı bizə bir daha göstərdi – Vətəninin azadlığı və ədalət uğrunda ölməyə, öldürməyə hazır yüksək hazırlıqlı əsgərdən, ləyaqətli hərbçidən, peşəkar Ordudan, qüdrətli Silahlı Qüvvələrin varlığından!!!
Azərbaycanın dünyaya ədaləti və sülhü gətirəcək, onları qoruyacaq ən güclü Orduya malik olmaq arzusu və duasıyla, bayramınızı təbrik edirik, əziz hərbçilər!
Yaşasın bizi yenidən dirçəldən, xalqımıza yeni bir şərəfli başlanğıc yazan Azərbaycan Silahlı Qüvvələri, yaşasın qəlbində Vətən sevgisini sönməz məşələ çevirən hərbçilərimiz!
Qadir Allah bizim Ordumuzu Özünün yenilməz, məğlubedilməz Ordularından, bizi isə o Ordunun şərəfli və məğrur əsgərlərindən qərar versin!
Silahlı Qüvvələr Gününüz mübarək!
Digər Xəbərlər
01 Oktyabr 2026 17:44
Qəzənfər Abdullayevin mandatı əlindən alındı
01 Oktyabr 2026 16:17
""Müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur" - Yaşar Gülər
01 Oktyabr 2026 11:17
Prezident Çin liderini təbrik edib
01 Oktyabr 2026 10:42
"AQEM sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident
01 Oktyabr 2026 10:38
"Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir" - İlham Əliyev
01 Oktyabr 2026 00:13
Zakir Həsənov britaniyalı və slovakiyalı həmkarları ilə görüşdü - FOTOLAR
30 Sentyabr 2026 19:00
Prezidentin sosial şəbəkə hesablarında sərgidən PAYLAŞIM
30 Sentyabr 2026 18:44


Bakı -°C

