Orxan Lökbatanlı: “Bir-iki il əvvəl klarnet ifası ilə də tərbiyə pozulurdu”

Orxan Lökbatanlı meyxanaçılarla bağlı sərt fikirlər səsləndirən klarnet ifaçısı Hüseyn Məhəmmədğluya cavab verib.
Adalet.az xəbər verir ki, meyxanaçı həmkarlarının söylədiyi meyxanalarla bağlı bildirilən iradlara kəskin reaksiya verib:
“Tərbiyə evdən başlayır. Ot kökü üstündə bitər. Evdə tərbiyə alan uşağa çöldə nə etsən də pozulmaz. Tərbiyəsi pozulmağa meyilli adam evdə də, çöldə də pozulacaq. Nə oldu hər şey qaldı kənara meyxana pozdu hamını? Bir-iki il əvvəl klarnet ifası ilə də tərbiyə pozulurdu. Onlara qulaq asanda başqa cür yaşamaq istəyirdilər. Kim yaddan çıxır, məclisi azalır meyxanadan danışır.
Deyir, fakt qoyaram. Qarşına elə fakt qoyaram ki, klarnet ifa etməzsən. Hər şeyi danışmaq tərbiyəsizlikdir. Hüseyn acıdil adamdır, kimə nə gəldi deyir. Müharibə vaxtı heç bir klarnet ifaçısını cəbhədə görmədim. Amma bütün meyxanaçılar cəbhədə idi”.
Qeyd edək ki, H.Məhəmmədoğlu “Günə uğurla” proqramında “Bəzi meyxanalar var ki, uşaqların tərbiyəsin korlayır. Həmin meyxanalara qulaq asmaq olmaz. Elə məclislər var ki, orada səslənən meyxana gənclərin və uşaqların tərbiyəsinə ziyandır.
Onların qarşısına fakt da qoyaram, deyərəm baxın. Amma gənclərin düzgün formalaşmağına ziyan olan meyxanalar da var” fikirlərini söyləmişdi.
Əntiqə
Digər Xəbərlər

Nadir Qafarzadə: “Qızların bu hala düşməsində günahkar analardır”

Oğlundan 9 ay sonra vəfat etdi

Nazilə Şəbnəmdən inciyib? - “Məndən şeir alıb, oxumur”

Əminə Şirin: “Bu da onların üzlərinin qaralığı olsun”

Azərbaycanın Uşaq Avroviziya 2025-də təmsilçisinin adı məlum oldu

Könül Kərimova: “Qaynanam məni müğənni olduğum üçün almışdı”

Türkan Şoraydan illər sonra etiraf: “Onlar mənimlə işləmək istəmədi”
