Ötən gün kartdan oğurluq olmayıb
Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.
DİN-dən Adalet.az-a bildirilib ki, iyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul vəsaitlərinin oğurlanması ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb.
Vətəndaşlara bir daha xatırladılır ki:
— Bank kartlarının CVV/CVC kodu, istifadə müddəti, və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır.
— Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür.
Vətəndaşlara tövsiyə edirik ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin, heç bir halda şəxsi və maliyyə məlumatlarınızı paylaşmayın, şübhəli ünsiyyət halında əlaqəni dərhal kəsin və nömrəni bloklayın.
Qeyd edək ki, bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.
Digər Xəbərlər
08 Fevral 2026 09:52
Narkotik təsiri altında olan sürücü saxlanıldı
07 Fevral 2026 16:25
Liseydə müəllimini güllələyən şagird həbs edildi
07 Fevral 2026 10:06
Maşını narkotik maddələrin təsiri altında idarə edən şəxs həbs edilib
06 Fevral 2026 17:06
“İdrak”dan güllələnmə ilə bağlı AÇIQLAMA
06 Fevral 2026 10:50
DİN-dən liseydəki silahlı insidentlə bağlı AÇIQLAMA
06 Fevral 2026 10:05
Dövriyədən çıxarılmış narkotik yandırıldı
05 Fevral 2026 17:20
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO
05 Fevral 2026 13:47


Bakı -°C

