08 Iyul 2025 17:00
73
GÜNDƏM

Pakistan Milli Assambleyasının sədri "ASAN xidmət"də

8 iyul 2025-ci il tarixində Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Adalet.az xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə geniş təqdimat edib. Təqdimat zamanı hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi  diqqətə çatdırılıb.

Həmçinin hazırda Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində işlərin görüldüyü vurğulanıb. 

Pakistan rəsmiləri Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onlarda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.
 
Həmçinin nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.