Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal qazandı
Parisdə keçirilən parataekvondo üzrə Qran-Pri yarışında ölkəmizi təmsil edən idmançılardan Sabir Zeynalov gümüş medalın sahibi olub.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Adalet.az-a verilən məlumata görə, K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz turnirin final görüşündə İsrail təmsilçisi Asaf Yasuru ilə qarşılaşıb. Həlledici döyüşdə rəqibinə məğlub olan Sabir Zeynalov yarışın gümüş medalına yiyələnib.
Qeyd edək ki, ən reytinqli idmançıların qatıldığı Paris Qran-Prisində Azərbaycan milli komandası baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 3 parataekvondoçu — İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq) və Amin Əliyev (63 kq) ilə təmsil olunur.
Digər Xəbərlər
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02


Bakı -°C

