Parlamentdə minimum əməkhaqqı məsələsi müzakirə olundu
"Bu illər ərzində ölkədə əməkhaqqı fondu 3,2 dəfə artıb. Aylıq 500 milyon manatdan 1 milyard 600 milyon manata qədər artımları müşahidə edirik".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, bu artımların böyük hissəsi özəl sektorla bağlıdır: "Özəl sektorda əməkhaqqı fondu 3,6 dəfə artıb. Biz minimum əməkhaqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Ötən müddət ərzində biz bunun 3,1 dəfə artırılmasına nail olmuşuq. Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqın məbləği 130 manat idi”, - deyə nazir bildirib.
Digər Xəbərlər
05 Oktyabr 2026 14:37
Ötən ay mənzil satışında qiymət artımı sürətlənib
05 Oktyabr 2026 12:32
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
05 Oktyabr 2026 11:14
“İşğaldan azad olunandan sonra Cəbrayıl rayonunun iqtisadiyyatı 16 dəfə böyüyüb”
05 Oktyabr 2026 10:48


Bakı -°C

