adalet.az header logo
  • Bakı -°C
01 Sentyabr 2026 13:04
58
DÜNYA
A- A+

Peskov: "Ermənistanla İrlandiyanın fərqi..."

Rusiya prezidentinun mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa İttifaqına üzvlüklə bağlı Ermənistanda keçiriləcək mümkün referendumun nəticələri İslandiya ilə onların arasındakı fərqi göstərəcək.

"İslandlar Avropa İttifaqını istəmədilər. Baxaq görək islandlarla ermənilər arasında nə kimi fərq ilacaq"- deyə Peskov "Vesti" xəbərlər xidmətinə bildirib.

Kremlin mətbuat xidmətinin rəhbəri, Ermənistanın baş naziri Nikol Paşinyanın "Rusiya artıq bizim strateji müttəfiqimiz deyil" bəyənatını şəhr edərkən bildirib ki, Moskva hələ də Rusiya-Ermənistan müttəfiqliyinin hər iki xalqın maraqlarına uyğun olduğu qənaətindədir.

 "Əgər cənab Paşinyan başqa cür düşünürsə, deməli referendum keçirilərsə ermənilər referendumda  müvafiq qərar qəbul edərlər".

 Xatlrladırlq ki, İslandiyada keçirilən referendumun nəticələrinə görə, əksəriyyət Avropa İttifaqına üzvülüyün əleyhinə səs verib və ölkənin baş naziri bu məsələ ilə bağlı yeni danışıqların aparılmayacağını bildirib.

Rüstəm Hacıyev