Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir
Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirilir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək aşağıdakı vəsaitlər məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək:
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün araşdırma dövründə ibtidai dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.
Yuxarıda nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər
24 May 2026 23:45
Leyla Əliyevanın iştirak etdiyi toyun sahibi bəlli oldu - VİDEO
24 May 2026 23:21
Elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın - XƏBƏRDARLIQ
24 May 2026 19:00
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
23 May 2026 23:31


Bakı -°C

