Polis yağışlı havada iş başındadır - YENİLƏNİB + VİDEO
Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.
Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib.
Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
***
Polis əməkdaşları hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.
DİN-dən Adalet.az-a bildirilib ki, hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.
Digər dövlət orqanları ilə birgə gecə saatlarından təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.
Digər Xəbərlər
03 Sentyabr 2026 14:49
Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI
03 Sentyabr 2026 14:24
Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
03 Sentyabr 2026 12:40
Hava dəyişir: Bu ərazilərdə yağış və duman olacaq - Proqnoz
03 Sentyabr 2026 11:56
Avqust ayında müşahidə olunan hava açıqlandı
03 Sentyabr 2026 10:07
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək
02 Sentyabr 2026 17:19
Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur
02 Sentyabr 2026 10:34
Pensiyalarla bağlı yeni xəbər - 152 min nəfər...
02 Sentyabr 2026 10:09


Bakı -°C

