Polisə tabesizlik göstərən sürücü həbs edildi - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları Şəmkir rayon sakini Rəfayel Əliyevə idarə etdiyi “VAZ” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün “Saxla” işarəsi versə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.
Adalet.az xəbər verir ki, görülən tədbirlərlə saxlanılan R.Əliyev araşdırma zamanı da məsuliyyətdən yaxa qurtarmaq məqsədilə süni gərginlik yaratmağa calışıb, YPX əməkdaşlarına tabesizlik göstərib. Aidiyyəti üzrə təhvil verilən R.Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir.
Digər Xəbərlər
21 Oktyabr 2026 13:50
Gürcüstanda əməliyyat keçirilib, 142 nəfər saxlanılıb
21 Oktyabr 2026 12:39
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
21 Oktyabr 2026 12:28
Bakıda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
21 Oktyabr 2026 10:41
Ramiz Əzizbəylinin kürəkəni dələduzluğa görə həbs edildi
20 Oktyabr 2026 11:31
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
19 Oktyabr 2026 17:38
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
19 Oktyabr 2026 17:30
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
19 Oktyabr 2026 12:48


Bakı -°C

