Prezident: "Azərbaycan yaradıcı təşəbbüsləri daim dəstəkləyir"

Azərbaycan yaradıcı təşəbbüsləri, iş adamlarına daha mənfəətli fəaliyyət imkanları təqdim edən layihələri daim dəstəkləyir.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) iştirakçılarına müraciətində bildirib.
"Hesab edirəm ki, Azərbaycanın təqdim etdiyi üstünlüklərdən faydalanmaqla tərəfdaşlarımız ölkəmizin dayanıqlı inkişafına, texnoloji tərəqqisinə və bütövlükdə regionunun firavanlığına mühüm töhfələr verə bilər", - deyə o qeyd edib.
Dövlət başçısının sözlərinə görə, bu gün keçirilən Forum əməkdaşlıq və sərmayə cəlb edilməsinin yeni mərhələsi üçün başlanğıcdır: "Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm. Əminəm ki, sizin ideya və təşəbbüslərinizin Azərbaycanda real layihələrdə əksini tapması uğurlu əməkdaşlığa və ümumi rifaha möhkəm zəmin yaradacaq. Forumun işinə uğurlar, bütün iştirakçılara isə yeni səmərəli tərəfdaşlıqlar arzulayıram".
Digər Xəbərlər

Rəşad Nəbiyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

“Əvvəl-axır onlar o torpaqları Fələstin dövlətinə qaytarmalı olacaqlar...” – Zərdüşt Əlizadə

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB

Prezident: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar

İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

İlham Əliyev: "Azərbaycan sabahın "yaşıl iqtisadiyyat"ını qurur"

Prezidentdən Zəngəzur koridorunun işə düşməsi ilə bağlı AÇIQLAMA
