Prezident bu yarışın açılışında - YENİLƏNİB
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Əvvəlcə dövlətimizin başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşdü.
Qazandığı böyük qələbə münasibətilə idmançımızı təbrik edən Prezident İlham Əliyev dedi:
-Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.
Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan.
Əhməd Yusifov: Çox sağ olun. Minnətdaram.
***
Bakıda, Milli Gimnastika Arenasında oktyabrın 5-də cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib.
***
16.38
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.
Adalet.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyir.
Digər Xəbərlər
17 Noyabr 2026 00:12
Azərbaycanda Milli Dirçəliş Günüdür
16 Noyabr 2026 22:01
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
16 Noyabr 2026 16:33
Dövlət xəstəxanalarında növbə, özəllərdə isə boşluq var – Fazil Mustafa
16 Noyabr 2026 15:15
Neçə Milli Qəhrəmanımız sağdır? – SİYAHI
16 Noyabr 2026 13:58
Nəsimi Musayevdən xəbər var
16 Noyabr 2026 13:46
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edildi
16 Noyabr 2026 13:19
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 ilə endirildi
16 Noyabr 2026 13:18


Bakı -°C

