Prezident: “İstisu qəsəbəsinin inkişafı ilə bağlı konkret addımlar atılır”
“İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum”.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimindəki çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək.
“Eyni zamanda, arxada gördüyünüz İstisu sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtilə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Ermənilərin binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi, o cümlədən bu sanatoriyanı dağıtdıqlarını bildirən Prezident İlham Əliyev deyib:
“Bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir”.
Digər Xəbərlər
03 Dekabr 2025 17:42
Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir
03 Dekabr 2025 17:00
Polis erkən nikah və məişət zorakılığına qarşı tədbirləri davam etdirir - FOTOLAR
03 Dekabr 2025 16:45
Bu hallarda hamilələrə əlavə məzuniyyət veriləcək
03 Dekabr 2025 16:01


Bakı -°C

