Prezident Kəlbəcərdə “Çıraq-1” kiçik su elektrik stansiyasında olub - YENİLƏNİB + FOTO
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, “yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir.
Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Stansiyaların enerjisistemə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. İşlərin böyük hissəsi görülən bu 5 stansiya rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcək. Açılıb-qoşulma, intellektual tənzimləmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyaların idarə edilməsi Kəlbəcərdən olduğu kimi, Bakıdan da həyata keçiriləcək.
Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.
“Azərenerji” ASC-nin mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, ermənilərin təbiəti məhv etməklə köhnə nəsil texnologiyalar əsasında kortəbii hesablamalarla apardıqları planlaşdırmadan fərqli olaraq, dördüncü nəsil sənaye inqilabına uyğun süni intellektə adaptasiya edilən müasir texnologiyalar əsasında ölkənin ən böyük su bazası olan bol sulu Kəlbəcər və Laçın çayları üzərində nəzərdə tutulandan dəfələrlə artıq ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal etmək mümkündür.
Qeyd edilib ki, növbəti illərdə Kəlbəcər və Laçın rayonlarında yenidən qurulması təklif edilən digər kiçik su elektrik stansiyalarının ümumi gücü 82,2 MVt təşkil etsə də, yeni hesabatlara əsasən bu həcmi iki dəfə artırmaq mümkün olacaq.
26 iyun, 19:50
Azərbaycanın dövlət başçısı Kəlbəcərdə “Çıraq-1” kiçik su elektrik stansiyasında olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda istehsalı zavodunun təməlini qoyub.
Digər Xəbərlər
04 Oktyabr 2026 18:40
“Azərbaycanda başörtüsü qadağan deyil” - VİDEO
04 Oktyabr 2026 17:32
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
04 Oktyabr 2026 13:14
Ayın 5-də yağış yağacaq - Proqnoz
04 Oktyabr 2026 08:55
Cəbrayılın azad olunmasından 6 il ötür
03 Oktyabr 2026 13:44
Bu yolda maşınların hərəkəti qadağan ediləcək- 15 oktyabrdan
03 Oktyabr 2026 13:20
Bazar günü dolu düşəcək, qar yağacaq
03 Oktyabr 2026 13:19
Sabah bu prospektdəki yolötürücüsündə müayinə aparılacaq
03 Oktyabr 2026 11:23


Bakı -°C

