Prezident Münxendə Neçirvan Bərzani ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
Adalet.az xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.
Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Dövlətimizin başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət etdi. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul etdi.
Digər Xəbərlər
11 Mart 2026 18:19
Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsindən danışdı
11 Mart 2026 18:00
Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığı almalıdır - Paşinyan
11 Mart 2026 17:55
Koşta Naxçıvana hücumu pisləyib
11 Mart 2026 17:52
Koşta: Gələn ay Azərbaycan Prezidentini Brüsseldə gözləyirik
11 Mart 2026 17:41
Azərbaycan Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir - Koşta
11 Mart 2026 17:19
"Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir" - Dövlət başçısı
11 Mart 2026 17:19
"Külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq" - Prezident
11 Mart 2026 17:09


Bakı -°C

