Prezidentdən Tofiq Mirzəyevin sənətinə ehtiram: “Xalq artisti” və “Şöhrət” ordeni..
Prezident İlham Əliyev aktyor və rejissor Tofiq Mirzəyevlə bağlı iki Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, iyunun 16-da T.Mirzəyevin 90 yaşı tamam olacaq. Dövlət başçısı istedadlı aktyorun doğum gününə haqq etdiyi hədiyyəsini verib. Birinci Sərəncamla Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə T. Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, “Uşaqlığın son gecəsi, "Ən vacib müsahibə", "İstintaq", "Nəsimi", "Üzeyir ömrü", "Təhminə" və s. filmlərdə maraqlı obrazlar yaratmış bir aktyor yaşının üstünə yeni yaş gəlir. Söhbət Azərbaycan kinosunun məşhur simalarından biri Tofiq Mirəzyevdən gedir. O, 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. O, Qaya" vokal qrupunun yaradıcılardan biri və solisti olan Teymur Mirzəyevin qardaşıdır. Bu səbəbdəndə sənətə öncə musiqiçi kimi gəlib. Daha sonra televiziyada işləməyə başlayıb, portret filmlər çəkib, bəstəkar Fikrət Əmirov, dirijor Nazim Rzayev, müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında verilişlər hazırlayıb.
Aktyor 35 filmə çəkilib, özü də təkcə "Azərbaycanfilm"də yox, (əlbəttə, əsasən orada), həm də "Mosfilm"də, Dovjenko adına kinostudiyada "Mosfilm"də o, tanınmış rus aktyoru Vyaçeslav Tixonovla birlikdə çoxseriyalı "Cinahsız cəbhə" filmində çəkilib. Bu filmdə o, döyüş zabiti Əliyev roluyla öz yaxın dostu memar Rasim Əliyevin atası, müharibə iştirakçısı, akademik Həsən Əliyevin obrazını canlandırıb.
Bacanağı və yaxın dostu yazıçı Anarın sözlərinə görə, həyat yoldaşının vəfatından sonra Tofiq müəllim İsraildə məskunlaşmalı oldu (onun mərhum anası Bellə İlyinşina yəhudiydi) : ”Amma Bakı - dünyaya gəldiyi, işlədiyi, məhəbbətini, dostlarını tapdığı bu şəhər onu həmişə özünə çəkir”.
Tofiq Mirzəyev hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğuldur. Oğlu Teymur isə Avropada yaşayır.
Aktyor İsraildə fəaliyyət göstərən Haifa-Bakı cəmiyyətinin üzvüdür.
Əntiqə Rəşid
Digər Xəbərlər
17 Oktyabr 2026 17:24
Fulya Öztürk “44”dən danışdı - “Dəqiqələrlə ağladım” - VİDEO
16 Oktyabr 2026 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
13 Oktyabr 2026 19:12
Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
13 Oktyabr 2026 14:23
Arzu Əliyevadan Özgeyə xoş sözlər - “Çox gözəlsən”
13 Oktyabr 2026 12:35
Telli Pənahqızı: “İnsanlar maariflənməli, inkişaf etməlidir, cəhalətdə boğulmamalıdır”
13 Oktyabr 2026 10:33
Özge Gürel: Bu işə başlayarkən, bu hekayəni danışarkən çox qorxurdum
13 Oktyabr 2026 08:55
Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər
12 Oktyabr 2026 23:32


Bakı -°C

