Prezidentin vəzifə verdiyi yeni sədr kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi barədə Sərəncam imzalayıb.
Adalet.az-ın məlumatına görə, dövlət başçısı bu vəzifəyə Elnur Şəmistan oğlu Bağırovu təyin edib.
E.Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olub.
1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətində başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2001-2002-ci illərdə “Coca-Cola” şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində çalışıb. 2003-2021-ci illərdə “İmperial Tobacco” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərib. 2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.
Digər Xəbərlər
26 Yanvar 2026 13:20
Gəncəyə uçan təyyarə Bakıya geri qayıtdı
26 Yanvar 2026 12:59
Xocalının bu kəndlərinə növbəti köç karvanları yola salınıb
26 Yanvar 2026 11:58
“Daşaltı əməliyyatı” niyə uğursuz oldu? – Hərbi ekspert səbəbləri açıqladı
26 Yanvar 2026 11:35
7 restoranda "Qırmızı kitab"a düşən heyvanların əti satılıb
26 Yanvar 2026 10:31
Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq
26 Yanvar 2026 08:57
DİQQƏTLİ OLUN: Yardım toplamaq adı ilə dələduzluq halları artıb - VİDEO
24 Yanvar 2026 18:29
Ağcabədidə hesabat yığıncağı keçirildi
24 Yanvar 2026 10:53


Bakı -°C

