Prezidentləri qarşılayan fəxri qarovul dəstəsinin iki üzvü yerə yıxıldı - VİDEO
Yelisey Sarayının fəxri qarovul dəstəsinin iki üzvü Fransa Prezidenti Emmanuel Makronun yaxınlığında yıxılıb.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə noyabrın 11-də, Slovakiya Prezidenti Peter Pelleqrininin səfəri zamanı baş verib.
Məlumata görə, qarovulçulardan biri əvvəlcə yırğalanıb, qılıncını aşağı salıb və yerə yıxılıb – görünür, o, huşunu itirib. Makron və yaxınlıqdakı bir neçə nəfər dərhal ona tərəf yönəliblər. Bir qədər sonra, Fransa prezidenti Pelleqrini ilə görüşmək üçün döndüyü zaman ikinci bir qarovulçu da yıxılıb. Bu an kameraya düşməsə də, kadrlarda qılıncın yerə dəymə səsi eşidilir və Makronun reaksiyası aydın görünür.
Yelisey Sarayının əməkdaşları qarovulçulardan birini hadisə yerindən uzaqlaşdırıblar. Hər iki hərbçinin vəziyyəti hələlik məlum deyil.
Digər Xəbərlər
12 Noyabr 2026 10:08
Trampın xüsusi elçiləri yenidən Moskvada
12 Noyabr 2026 10:02
Semeru bir gündə altı dəfə püskürüb
12 Noyabr 2026 09:24
Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...
12 Noyabr 2026 09:17
Sakit Okeanda yeni ekosistem kəşf edildi
11 Noyabr 2026 22:14
Qalibaf: Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır
11 Noyabr 2026 17:30
Pakistanda 11 polis öldürüldü - 10-dan çox yaralı var
11 Noyabr 2026 16:34
Bolqarıstanda Avropa Komissiyasının prezidentinə yumurta atıldı
11 Noyabr 2026 16:01


Bakı -°C

