Prokurorluq Sumqayıtdakı partlayışlarla bağlı araşdırmaya başladı
Dekabr ayının 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur.
Belə ki, şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.
Novxanı bağları massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.
Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb digər edən halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Digər Xəbərlər
12 Noyabr 2025 17:37
Şəhid türk hərbçilərin cəsədləri ölkələrinə göndərilir
12 Noyabr 2025 17:01
Yol qəzası svetoforu yararsız hala saldı
12 Noyabr 2025 16:44
Türkiyə MN: Axtarış-xilasetmə qrupumuz hadisə yerində işlərini davam etdirir
12 Noyabr 2025 13:24


Bakı -°C

