Putin: ABŞ ilə münasibətlərin bərpasına ümid edirik
Rusiya ABŞ ilə tamformatlı münasibətlərin bərpasına ümid edir.
Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu RF Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında bəyan edib.
"Amerika administrasiyası ilə əlaqələrimizə gəlincə, onlar davam edir. Biz onlarla indiyədək də əlaqədəyik. Ümid edirəm ki, bu əlaqələr davam edəcək", - Putin deyib.
Onun sözlərinə görə, Rusiya ABŞ ilə münasibətlərin tamformatlı rejimdə bərpasını dəstəkləyir, lakin bu yalnız Moskvadan deyil, həm də ABŞ tərəfindən asılıdır.
V.Putin həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp pozitiv və konstruktiv işə köklənib.
"Prezident Tramp başa düşdüyüm qədər hiss edir və görürəm ki, belə pozitiv və konstruktiv işə köklənib", - o əlavə edib.
Digər Xəbərlər
20 Oktyabr 2026 08:46
Sualtı internet kabelləri SEPAH-ın hədəfində
20 Oktyabr 2026 08:43
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
20 Oktyabr 2026 07:56
Hər uşağa “SpaceX”dən səhm verəcək
20 Oktyabr 2026 07:54


Bakı -°C

