Putin Ukrayna ilə danışıqlar üçün Vatikana getməyəcək

Rusiya prezidenti NATO ölkəsi olan İtaliyaya “təhlükəsizlik baxımından” səfər etməyəcək, həmçinin Rusiya Vatikanı münaqişədə neytral tərəf hesab etmir.
Adalet.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat dərc edib.
"Bundan başqa, Vatikanın danışıqlarda iştirakı Müqəddəs Taxt-taca Ukraynada “tarixi rəqib” kimi baxan Rus Pravoslav Kilsəsində “skeptisizm” yaradır", - nəşr qeyd edir.
Moskva gələcək sülh sazişinin şərtlərinin müzakirəsi platforması olaraq Türkiyə ilə daha rahatdır. Eyni zamanda Rusiyanın “İzvestiya” qəzeti yazır ki, Rusiya Xarici İşlər Nazirliyi Ukrayna ilə danışıqların növbəti raundunun Vatikanda keçirilməsini istisna etmir.
Digər Xəbərlər

Simonyan Rusiya telekanallarının yayımının dayandırılmasını istəyir

Rusiya Ukraynanın itkilərini yenilədi

"USAID Xarici Yardım Proqramlarını rəsmən dayandırır" - Rubio

Qəzzada atəşkəs gələn həftə əldə olunacaq - Tramp

Rusiyalı kapitan: AZAL-ın təyyarəsini vurmağı Müdafiə Nazirliyi əmr etdi

Rusiya Azərbaycana nota verib

"Bütün suallara cavablar veriləcək" - Kremldən Bakıya reaksiya
