Putinin və B.Əsədin Türkiyə xəyanəti: 34 əsgərin bombardmanı -5 il
jpg-1740724289.jpg)
Türk Silahlı Qüvvələrin 34 əsgər və zabitinin Rusiya və Suriya təyyarələrinin birgə hava hücumunda şəhid olmasının beşinci ildönümüdür.
Adalet.az xəbər verir ki, 2020-ci ilin 27 fevralında, axşam saatlarında Türk Silahlı Qüvvələrinə (TSK) İdlibdə rejim qüvvələri tərəfindən hava hücum edildi. Başlayan hücumda hədəf İdlibin M-4 avtomobil yolunun təxminən 10 kilometr cənubunda yerləşən Balyun kəndi ətrafından keçən türk hərbi karvanı idi.
Döyüş təyyarələrinin hücumundan sonra konvoydakı əsgərlər maşınlarını tərk edərək ətrafdakı ev və binalarda mövqe tutaraq müdafiə dəstəsinə keçirlər. Ardıcıl hücumlarla təyyarələr əsgərlərin mövqe tutduğu strukturları bombalayır. Bu hücumlarda ümumilikdə 34 türk əsgəri həyatını itirir, çoxlu sayda əsgər yaralanır. Şəhidlərin nəşi 28 fevralda torpağa verilir.
Türkiyənin dövrü mətbuatı Türkiyə dövlətinin xəyanətə uğradığını bəyan etdi. Məsələnin ən narahatedici tərəflərindən biri də Türkiyə hərbi konvoyunun İdlibdə hücuma məruz qaldığı yoldan keçəcəyi barədə məlumatın iki ölkənin hərbi idarələri arasında fəaliyyət göstərən kommunikasiya mexanizmi vasitəsilə daha əvvəl Rusiya hərbi hakimiyyət orqanlarına çatdırılması olduğu deyilirdi.
Hadisədən sonra o zamankı Milli Müdafiə Naziri Hulusi Akar açıqlama verdi: “Əsgərlərimizin yerləşdiyi yerlər Rusiya Federasiyasının səlahiyyətli orqanları ilə daha əvvəl razılaşdırılıb, bu hücum həyata keçirilib və təəssüf ki, ilk güllədən sonra növbəti xəbərdarlığa baxmayaraq hücum davam edib”.
Digər xəyanət hadisəsi isə ağır vəziyyətdə olan yaralıları götürmək üçün Hataydan hadisə yerinə göndərilən təcili yardım maşınlarının eyni döyüş təyyarələri tərəfindən vurulması olub.
Balyun hücumu Türkiyənin Suriyada 13 illik vətəndaş müharibəsində ən çox hərbi itki verdiyi hadisədir. Bu, bütün bu dövrün ən kədərli hadisəsidir.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti 2020-ci il martın 5-də Rusiyanın Soçi şəhərində İdlibdə atəşkəs razılaşmasının əldə edilməsi üçün prezident Vladimir Putinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşə gəldi.
Rusiyanın 1-ci kanalında yayımlanan görüntülərdə Putinin prezident Ərdoğan, Mövlud Çavuşoğlu və Hulusi Akarın da olduğu nümayəndə heyətini 2 dəqiqə qapıda gözlətdiyi bütün türk dünyasının qəzəbinə səbəb olmuşdu. Putin isə gözlənildiyinin əksinə olaraq üzr istəmədi və açıqlamasında yalnız bi fikri ifadə etdi: "Suriyada həyatını itirən Türk əsgərləri üçün başsağlığı diləyirəm. Türk ordusunun orada olduğu bilinmirdi. Suriyadakı vəziyyət bizim birbaşa görüşməyimizi vacib qıldı.
Son hadisələrin Türkiyə və Rusiya əlaqələrinə zərər verməməsi üçün Suriya mövzusunda bütün məsələləri nəzərdən keçirmək lazımdır. Suriya ordusunun həqiqətən ciddi itkiləri var. Buna görə də bu hadisənin bir daha təkrarlanmaması və Türkiyə-Rusiya münasibətlərinə zərər verməməsi üçün danışıqları davam etdirməyimiz faydalıdır." Tərəflər arasında gərginlik uzun müddət səngimədi.
P.S. 5 il kiçik bir zamandır. Amma o 5 ilə o qədər maraqlı olaylar sığışıb ki... Məsələn, Putinin Avropadan və ABŞ-dan qopması və Ərdoğana sığınması... Ərdoğana nicat yolu kimi baxması... Hətta 2022-ci ilin iyulunda Tehranda ikitərəfli danışıqlar zamanı Putinin Ərdoğanı təxminən 50 saniyə, daha sonra Astanada Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində görüşdə 1 dəqiqədən çox gözləməsi ilə cavabını almış oldu. 34 əsgərin qisası isə 2022-ci ildən Ukraynaya verilən Bayraktarlarla alınır. Hətta 2023-cü ildən Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı zavodu 2023-cü ildən məhsul istehsal edir. "Rusiyaya “Bayraktar” satışı mümkünsüzdür"-deyən də Türkiyədir. Hazırda Rusiyaya qaçan Bəşər Əsəddən və ordusu Suriyadan çıxarılan Putindən şəhidlərin qisası alınıb
Əntiqə Rəşid
Digər Xəbərlər

Kim Çen In nüvə silahlarını hazır vəziyyətdə saxlamağı əmr edib

HƏMAS Qəzzada atəşkəs razılaşmasını uzatmağa hazırdır

Zelenski və Avropa liderləri növbəti addımları planlaşdırmaq üçün Londonda görüşəcək
