Kişinin öyrənmək istədikləri qadının bildikləridir.
Savad, bilik qadınlara çox vaxt xoşbəxtlik gətirmir, savadlı qadınlar savadsız qadınlara nisbətən daha çox bədbəxt olurlar, çünki qadınlarda irrasionallıq daha güclüdür, nəyin daha çox səhv və doğru olduğunu irrasional olaraq daha çox dərk edirlər.
Rasionallıq qadınlarda daha çox mənasız eqoizm, özgüvən, intriqa, qisasçılıq, fərqlənmə və eşitlik (bərabərlik) hissi yaradır.
Qadın eşit olmaq istəyir, amma qadın bənzərsizdir, bunu dərk etmir, etsə, ona xəyanət edən kişiyə xəyanətlə eşit olmaz.
Qadın məqsədlərinə çatmaq üçün özü vasitə olmamalıdır, nəticə əldə edənlər başqalarından vasitə kimi istifadə edirlər, qadınsa özü vasitə olur və çatılan məqsəd nəticəni dəyişmir.
Qadın güzgüdə özünü görmür.
Bütün rənglər qadının əlindədir, tək fırçadan başqa.
Fırça kimin əlindədirsə, qadın onun tərəfindədir.
Qadın tutduğu tərəf yıxılar, olduğu tərəf ucalar.
Qadın yer davası edər, yerində olmaz.
Qadın üçün uca yer var, ucalıq yoxdur.
Qadın durduğu yeri görmür, uzağa baxır, uzaqdan gəlir, sonda əldə etdiyi bir zamanlar əlindən verdikləri olur.
Qadın dəyişiklik istəyir, amma dəyişmək iqtidarında deyil.
Qadın kişidən fərqli olaraq statusunu dəyişdikcə, mahiyyət və məzmununu da dəyişir - həyat yoldaşı kimi, ana kimi, bacı kimi.
Qadına elə gəlir ki, o, hər şeyi bilir, amma qadın tək nə istədiyini bilmir, çünki qadın olmayanı istəyir, var-dövlət olanda sevgi istəyir, sevgi olanda var-dövlət!
Rejissor , aktyor — Rza Rzayev