adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 12:20
82
DÜNYA
A- A+

Qara dənizdə gərginlik artır

Şimali Atlantika alyansı Qara dənizdə gərginliyi artırmağa hazırlaşır. NATO-nun regionda fəallığı qarşıdurma risklərini artırır. Alyansın sahilətrafı regionlarda üzv dövlətlərində hərbi infrasttukturlar genişləndirilir. 

 Rusiyanın ticarət gəmilərinə dron hücumları insidentindən sonra, Rumıniya regionda NATO-nun hərbi komandanlığının yaradılmasını təklif edir. Rusiya isə, cavab olaraq, öz hərbi imkanlarını genişləndirməyi planlaşdırır.

Rusiya- Ukrayna münaqişəsi başlayandan bəri Türkiyənin Qara Dəniz akvatoriyasına regiondan kənar dövlətlərin hərbi gəmilərinin buraxılmasına qadağa qoymasına baxmayaraq, Şimali Atlantika alyansının bu regiona maraqları artır. 

 Alyans pilotsuz uçuş aparatlarının hücumlarının qarşının alınması və hava məkanının təhlükəsizliyinin qorunması məqsədiylə, koalisyon müdafiə sistemlərini gücləndirməyi qərara almağa hazırlaşır. Bu isə onu göstərir ki, yaxın vaxtlarda Qara dəniz ekvadoriyasında gərginlik artmağa doğru gedir.

 Rüstəm Hacıyev