"Qarabağ" "Ayaks"la oyuna görə cərimələndi
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib.
Adalet.az xəbər verir ki, buna Azərbaycan çempionunun UEFA Avropa Liqası çərçivəsində Bakıda "Ayaks"ı (Niderland) qəbul etdiyi oyunda yaşananlar səbəb olub.
Belə ki, "Köhlən atlar" "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərə) görə 14000 avro ödəyəcək.
Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.
UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. "Qarabağ"ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.
Digər Xəbərlər
27 Avqust 2026 13:02
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
27 Avqust 2026 10:12
Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
27 Avqust 2026 09:42
"Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
27 Avqust 2026 00:09


Bakı -°C

