Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayı üçün biletlər 25 noyabr 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Bu barədə Adalet.az-a Nazirlikdən bildirilib.
Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.
Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1207 reys həyata keçirilib, 36208 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Digər Xəbərlər
11 Dekabr 2025 12:10
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi
11 Dekabr 2025 10:28
Azərbaycan və ABŞ data mərkəzləri sahəsində əməkdaşlığı müzakirə edib
10 Dekabr 2025 19:18
Polis gücləndirilmiş iş rejiminə keçdi - VİDEO + FOTOLAR
10 Dekabr 2025 19:08
Leyla Əliyeva Şavkat Mirziyoyevin qızı ilə görüşdü - FOTOLAR
10 Dekabr 2025 18:33
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda çıxış etdi - FOTOLAR
10 Dekabr 2025 18:00
Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişdi
10 Dekabr 2025 17:52
Prezidentdən Biznesin İnkişafı Fondu ilə bağlı FƏRMAN
10 Dekabr 2025 17:46


Bakı -°C

