03 Mart 2025 11:02
317
HADİSƏ

Qarabağda vurulan Rusiya helikopterləri: M-26 ilə M-24 -ün vurulma səbəbi 

Ermənilər sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı - 9 noyabr 2020-ci ildə Rusiyaya məxsus Mi-24 helikopterinin vurulmasını tez-tez gündəmə gətirərək Azərbaycan - Rusiya münasibətlərində gərginlik, eyni zamanda Rusiya vətəndaşlarında ölkəmizə qarşı nifrət toxumu səpməyə çalışırlar.

Xatırlayırsınızsa, 2 nəfər heyəti ölən Rusiyanın Mi-24 hücum helikopteri (NATO kod adı: "Hind") daşınabilən hava hücumundan müdafiə sistemi ilə yerdən açılan atəş nəticəsində Ermənistanın Yerasx kəndi yaxınlığında, Naxçıvan MR-dan bir neçə kilometr aralıda vurulub. Sonradan məlum olub ki, Rusiya helikopteri həmin gecə transponderləri söndürərək sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonnasını müşayiət edirmiş. Məsələ ilə bağlı Galiber nəşri məqalə dərc edərək yazdı:"Bakı o zaman məsələni açıq təqdim etmək əvəzində, geri addım atmağı seçdi:“Azərbaycan Prezidenti İlham Əliyev həmin vaxt haqlı olaraq onun qanuni hədəf olduğunu deyə bilərdi. Amma o, kişi kimi davrandı, üzr istədi, helikopterin təzminatı və həlak olanların ailələrinə kompensiyasiya ödənildi”.



Ermənilərin “xəmiri” terrordan, vəhşilikdən, insanı qanı axıtmaq, bədbəxtlik gətirmək, ümumiyyətlə bəşər övladına ziyançılıqdan yoğrulduğu üçün həmişə məsələnin ən qəliz, ədavətli tərəfini qabartmağı xoşlayıblar. Amma tarix unudulmur.


Adalet.az  xəbər verir ki, 33 il əvvəl -3 mart 1992 –ci ildə ermənilər növbəti dəfə terrora əl atdılar. Beləki, Kəlbəcər rayonu Seyidlər kəndi yaxınlığında Mi-26 helikopterini vurdular. Ermənilər tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulan Mi-26 əslində ruslara məxsus idi. Gülüstan kəndinə uçuş edən helikopter ermənilərə yardım aparırdı. Ermənilrin vəhşiliyi o qədər irəliləmiş , genişlənmişdi ki, onlara yardım aparan ruslara da güzəşt etməmişdilər. Mi-26 helikopteri ilə erməniyə yardım (silah yaxud ərzaq) aparan 12 rus hərbiçisi beləcə məhv edildi.

Qeyd edək ki, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopteri erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən raketlə vuruldu. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş verdi, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak oldu. Bu faciə Azərbaycanın qəlbində dərin bir yara buraxsa da, erməniləri insan qanı içməyə şirnikləndirdi. Bundan sonra içlərindəki insanlara qarşı qatı nifrəti azərbaycanlılara qarşı terror etməklə söndürməyə girişdilər.



P.S. Ermənilər üçün hədəfdə kimin olması vacib deyil ,türk olsun, rus olsun, gürcü olsun, əsas odur ki, dinc insanlar ölsün, ailələr, uşaqlar, qadınlar məhv edilsin...Ermənilərin 1977-ci ildə Moskvada törədikləri terror aktları, bu terror aktları nəticəsində həlak olan 7 nəfər , müxtəlif dərəcəli bədən xəsarətləri alan 37 nəfər bu toplumun əliqanlı, dişi qanlı terrorçu toplum olduğunu ortaya qoyur.

 Yeri gəlmişkən, bu gün həm də Şəmkirdə bir təyyarəmizin  qəzaya düşməsinin ildönümüdür. 2010-cu ildə  3 mart , 17.00 radələrində,  Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı  Azərbaycan Hərbi Hava Qüvvələrinə aid "Su-25" təyyarəsi  qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Təyyarə Gürcüstandakı Tbilisi Aviasiya Zavodunda istehsal olunub və  son illərdə alınmışdı. 
 

Əntiqə Rəşid