"Qarabağ"ın futbolçusu Albaniya klubunun hədəfində
Qış fasiləsində “Qarabağ”dan ayrılacağı gözlənilən albaniyalı futbolçu Redon Cica ilə maraqlanan klublardan biri bəlli olub.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun xidmətində Albaniyanın "Partizani" komandası maraqlıdır.
Yeni hücumçu axtarışında olan Tirana təmsilçisi təcrübəli oyunçunu heyətinə cəlb etməyi düşünür.
O, daha əvvəl “Qarabağ”da az oyun şansı qazandığı üçün qışda komandanı tərk edə biləcəyini və bu səbəbdən Albaniya Superliqasına qayıdışının mümkün olacağını bildirmişdi.
Qeyd edək ki, Redon Cica Ağdam təmsilçisinə 2023-cü ilin yanvar ayında Albaniyanın “Tirana” klubundan keçib. Onun Ağdam təmsilçisi ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.
Digər Xəbərlər
27 Avqust 2026 19:00
Belçika millisi Bakıda növbəti qələbəsini qazandı
27 Avqust 2026 13:02
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
27 Avqust 2026 10:12
Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
27 Avqust 2026 09:42


Bakı -°C

