Qaradağda əməliyyat - Narkotik satan şəxs tutuldu - VİDEO

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Adalet.az xəbər verir ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Onlayn mərc və qumar oyunları təşkil edən dəstələr ifşa edildi - Əməliyyat görüntüləri

DİN-dən əməliyyat - 30 kiloqram narkotik aşkarlandı

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı

Şıxlinski təkadamlıq kamerada SAXLANILIR

Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
