"Qərb Türkiyədə iğtişaşlar yaratmağa çalışır" - Süleyman Soylu

"Qərb diplomatları Türkiyədə iğtişaşlar yaratmağa çalışırlar".
Adalet.az "Aydınlık" qəzetinə istinadən yazır ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Süleyman Soylu deyib.
Belə ki, Daxili İşlər Nazirliyinin sabiq rəisi 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı etdiyi hərəkətlərə münasibət bildirib. O əlavə edib ki, bu barədə ilk dəfə danışır, lakin bu aksiya sayəsində Türkiyə tərəfi uğur qazanıb. Soylu qeyd edib ki, fövqəladə vəziyyət zamanı o, Qərb diplomatlarının Cənub-Şərqi Anadolu ərazisinə daxil olmasını qadağan edib.
"Bircə dənə də olsun Qərb diplomatını iğtişaşları qızışdırmaq istədikləri üçün Cənub-Şərqi Anadoluya buraxmadım", - Soylu ifadə edib.
Digər Xəbərlər

Suriya prezidenti Rusiyaya GEDİR

Putin Türkiyəni təhdid edib? - AKP-dən reaksiya

İsrail "Rəfah" keçid məntəqəsini açmayacaq

Zelenski onları vətəndaşlıqdan məhrum etdi

Britaniya Rusiyanın Ukraynadakı itkilərini açıqladı - ŞOK RƏQƏMLƏR

Misirdə güclü siyasi iradə ortaya qoyduq - Ərdoğan

ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlandı
