24 Oktyabr 2025 17:07
86
DÜNYA

Qəzzanın minalardan təmizlənməsi 30 il çəkə bilər

Mühasirədə olan Fələstin anklavında BMT-nin himayəsi altında fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatının (QHT) nümayəndəsinin sözlərinə görə, Qəzzanın təmizlənməsi və İsrailin iki illik hərbi əməliyyatlarından sonra Zolaqda qalan partlamamış mina və mərmilərin məhv edilməsi təxminən 30 il çəkə bilər.

Adalet.az xəbər verir ki, bu  barədə  "Maan" xəbər agentliyi məlumat dərc edib. 

"Zollaq minalanmış sahəyə çevrilib və İsrailin atəşi və bombalaması nəticəsində anklavda qalan partlamamış bomba və mərmilərin çıxarılması 20-30 il çəkə bilər",  agnetlik QHT nümayəndəsindən sitat gətirib. 

Bundan əlavə, bildirilir ki, Qəzzada bütün partlamamış hərbi sursatları təmizləmək "sadəcə mümkün deyil", çünki onların çoxu yerin çox dərinliyində yerləşir.