adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Avqust 2022 13:03
556
GÜNDƏM

"Qisas Əməliyyatı": David Babayandan məmnunluq, ermənilərdən etiraz... - FOTOLAR

Xəbər verdiyimiz kimi,“Qisas” əməliyyatı erməni terrorçuların məhv edilməsi və strateji yüksəkliklərin nəzarətə götürülməsi ilə nəticələnib. 

Əməliyyatın başa çatmadığı, müvvəqəti dayandırıldığı və hadisələrin tələblərin icrası prosesinə uyğun cərəyan edəcəyi bəllidir. Çünki, erməni qoşunların çıxarılması və  Laçın dəhlizinin yeni marşruta köçürülməsi avqustun sonuna qədər icrasına dair razılaşmanın olması mümkündür.

 Adalet.az xəbər verir ki, cərəyan edən hadisələrə hazırda mövcud olmayan "Artsax"ın qondarma xarici işlər naziri David Babayan fərqli münasibət bildirib. O öz rəsmi Facebook səhifəsindəpaylaşım edib:"Məmnunluqla qeyd edirik ki, ABŞ, Fransa, Rusiya, Avstraliya və Orta Şərq ölkələri Azərbaycanın sonuncu hərbi əməliyyata görə qınayıb və  "Artsax"a  siyasi və mənəvi dəstək veriblər".

Qondarma XİN-in separatçı başçısı məsələyə səssiz qalan ölkələrin də "bostanına daş atıb": "Təəssüflər olsun ki, konkret olaraq son günlər Azərbaycanın Artsaxa qarşı açdığı hərbi təcavüz , fəaliyyəti demokratiya, beynəlxalq hüquq və insan haqları ilə birbaşa bağlı olan bir sıra ölkələr və beynəlxalq təşkilatlar belə prinsiplər nümayiş etdirməyiblər". 

  Qondarma Artsaxın xarici işlər naziri David Babayanın statusunun altında yerli ermənilər əsəbi rəylər yazıblar. Onlar Babayanın mənasız "məmnunluq" hissinə qapılmaqdansa tədbir görməyi tələb ediblər. Xüsusən FB istifadəçisi Elmira Ella Aleksanyan adlı erməni daha əsəbi yanaşma nümayiş etdirib:""Dəvənin başında üstündə "İncil" oxundu, dəvə də dedi ki, tez edin, qoyun dağı aşdı". İndi kim nə deyir desin r Əliev öz işini görür". Digər ermənilərdə Babayanın paylaşımına etirazlarını bəyan ediblər.

Qeyd edək ki, hələ 2020-cil ilin dekabrında -44 günlük müharibədən sonra qondarma “dqr”in separatçı-terrorçu liderinin “müşaviri” David Babayan “RİA Novosti”yə müsahibəsində demişdi ki, mən Türkiyəni, Azərbaycanı günahlandırmıram, çünki onlar, əvvəl də deydiyim kimi, ən dürüst düşmənlərdir: “Onlar əsl niyyətlərini heç vaxt gizlətməyiblər. Həmişə deyirdilər ki, əsas məqsəd Xankəndidir, Şuşadır və sair. Bizim daxildən problemlərimizin olması isə başqa məsələdir. Biz Azərbaycana, Türkiyəyə uduzmamışıq, özümüz özümüzə uduzmuşuq. Bunu nəzərə almalıyıq. Biz yeni müharibənin strateji xarakterini həll edə bilməmişik. Bu isə müdafiə siyasətinin ən vacib şərtlərindən biridir”

P.S. "Dürüst düşmən" sizə əvvəldən deyir ki, ya adam olun, qanunlarımıza tebe olun, ya da biz sizi adam etməyi bacararıq. Day seçim sizindir.

Əntiqə Rəşid