Qışda dərslər 1 saat gec başlasın - Ekspertdən təklif
"Dekabr ayıdır, saat 8-ə qalır, amma hələ də ala qaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında – yanvarda, fevralda – bu saatlar tamamilə zülmət olur. Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar".
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır: "Erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur".
Ekspert qış aylarında dərslərin 1 saat gec başlamasını təklif edib:
"Bu addım:
• Uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar;
• Onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar;
• Həm də valideynlər üçün bu erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər".
O vurğulayıb ki, məqsəd yalnız dərs vermək deyil, həm də uşaqlarımıza sağlam və təhlükəsiz bir təhsil mühiti təmin etməkdir: "Qış aylarında məktəb dərslərinin başlanğıc saatını dəyişmək bu istiqamətdə atılan kiçik, amma çox önəmli bir addım ola bilər. Təhsil təkcə kitablarla yox, həm də uşaqlarımızın həyat keyfiyyətini artırmaqla inkişaf edir".
Digər Xəbərlər
16 Oktyabr 2026 17:24
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026 11:57
Xaricdə təhsil alanların DİQQƏTİNƏ!
15 Oktyabr 2026 16:51
LDU-da strateji hədəflər müzakirə olunub
15 Oktyabr 2026 10:49
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib
15 Oktyabr 2026 10:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat
15 Oktyabr 2026 00:27
Təmkini ilə diqqət çəkən direktor bu məktəbə rəhbərlik edir - VİDEO
14 Oktyabr 2026 21:55
Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi - FOTO
14 Oktyabr 2026 14:00


Bakı -°C

