“Qolunu oğurladığım üçün üzr istəyirəm” - Ardadan Mbappeyə
“Real”ın türkiyəli futbolçusu Arda Gülər komanda yoldaşı Kilian Mbappedən üzr istəyib.
Adalet.az xəbər verir ki, buna səbəb Ardanın ötən gün Çempionlar Liqasının Liqa mərhələsində “Leytspiq”lə matçda vurduğu qol olub.
Belə ki, matçda vurulan ikinci qol zamanı Mbappe topa zərbə endirib və onu qapıya yönəldib. Tora gedən topa isə Arda toxunaraq qolun onun adına yazılmasına səbəb olub.
Matçdan sonra isə sosial şəbəkələrdə paylaşım edən Gülər topa toxunduğu üçün Mbappedən üzr istəyib. O, paylaşıma “qolunu oğurladığım üçün üzr istəyirəm” şərhini yazıb.
Qeyd edək ki, matç “Real”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər Xəbərlər
22 Oktyabr 2026 11:59
Mbappe mükafatını komanda yoldaşına vermək istədi - VİDEO
22 Oktyabr 2026 10:25
“Trabzonspor” “Harts”a, “Ayaks” “Atalanta”ya qarşı
21 Oktyabr 2026 22:55
“Qalatasaray” Fransada tarix yazdı - 27 ildən sonra ilk
21 Oktyabr 2026 18:13
“Barselona” fransalı azarkeşlərin açdığı bannerə görə UEFA-ya şikayət etmək istəyir
21 Oktyabr 2026 13:25
Mariya Şarapova Bakıya gəlir
21 Oktyabr 2026 09:20
Çempionlar Liqası: "Bavariya" "Arsenal"a, "Qalatasaray" "Lill"ə qarşı
21 Oktyabr 2026 07:05
PSJ-dən əzmkar qələbə, “Fənərbaxça”dan isə yenə fiasko - ÇL-də gecənin nəticələri
20 Oktyabr 2026 22:36


Bakı -°C

