Qulağınızda "sırğa" edin: Paşinyan saxta "erməni soyqırım" abidəsini sökməz!

Təxminən 3 gündür Ermənistan paytaxtında yerləşən qondarma “erməni soyqırımı” memorialı ilə bağlı sosial şəbəkələrin bizim seqmentində məlumat müzakirəyə çıxarılıb.
Bəzi erməni teleqram kanallarında memorial kompleksində yerləşən əbədi məşələ artıq girişin mümkün olmadığı, ərazidə qəfil “təmir işlərinə” start verildiyi bildirilir. Təsəvvür edin, təmir "sülh sazişinin "paraflanmasından sonra, konstitusiyaya dəyişilik olacağı açıqlandıqdan sonra, Azərbaycan anklavlarının geri qaytarılacağı elan olunduqdan sonra meydana çıxdığı üçün bizimkilərin arasında şübhə yaradıb. Yəni , düşünürük ki, Paşinyan bir gün çıxıb elan edər ki, ümumiyyətlə 1915-ci ildə heç bir erməni soyqırımı olmadığı üçün , o qondarma abidə oradan sökülsün!
Bunu yenə də qeyd edirəm ki, bizim saf və sadəlövh xalqımız düşünür. Onlar unudur ki, Paşinyan da bir ermənidir və müharibədən əvvəl indiki kimi deyil! O erməni xalqını canından çox sevir, onun dəyərlərini də qoruyur. Buna əmin olun!
Əslində abidə doğrudan da təmir olunur!
Bunu erməni mediası da verdiyi məlumatlarla təsdiqləyir:"
Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bu gün əsaslı təmir işlərinin ikinci mərhələsinin aparıldığı Erməni Soyqırımı Memorial və Muzey-İnstitutunda olub. Buraya Əbədiyyət məbədinin maili sütunlarının və inzibati binanın damının təmiri daxildir. Erməni Soyqırımı Muzey-İnstitutunun iki fazalı təmirinə 2024-cü ilin sonlarında başlanılıb. Birinci mərhələdə Erməni Soyqırımı Memorialına bitişik yaşıllıqların suvarma sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılıb, bu iş çərçivəsində Yeqevni parkında damcılı suvarma sistemi işə salınıb".
Xatırladaq ki, memorialın yanında yeni bir abidə memorial ucaldılır. Adı da "Artsax harayı"...1 sentyabrda açılış mərasimi olacaq.
Əntiqə Rəşid
Digər Xəbərlər

Sabah hava necə olacaq?

Hərəkət etmək bütün dərdlərin dərmanıdır...

Zəngəzur dəhlizi 3 ölkəni birləşdirən bu kəndimizdən keçəcək - VİDEO

Sabah 39 dərəcə isti olacaq
jpg-1756282189.jpg)
Ermənistan Konstitusiyası dəyişməsə, qanlar axacaq: Polkovnik Atilla Altıkat

“Azərsun" ətraf mühitin qorunmasına dair təşəbbüsləri dəstəkləyir - FOTOLAR

Küləki hava nə vaxtadək davam edəcək?
