Kolleci bitirənlər işə qəbul edilmir
Sovet dönəmində ali və orta ixtisas məktəblərini, hətta peşə məktəbini bitirən bir məzun belə işsiz qalmazdı.
Amma indi nəinki kolleci bitirənlər, o cümlədən ali məktəbi qurtaranlar işə qəbul edilmir. Və gərək yenidən imtahan verib, harasa işə düzələsən. Hələ bununla da məsələ həll edilmir, müsahibədən keçməlisən. Müsahibədə də kim sərf edir keçirirlər, kim də sərf eləmir"yox"- deyirlər. İndi kolleci bitirəni işə qəbul etmirlər ki, ali təhsilin olmalıdır.
Bəs əgər o kadrlaraeytiyac yoxsa, onda bu qədər kollecləri bitirməyə nə ehtiyac var? Belə isə həmin kolleclərə tələbə qəbulu olmamalıdır. Ümumiyyətlə, ölkədə ali və orta ixtisas məktəblərini bitirənlərin işə qəbulunda böyük problemləri var. Kimin pulu və arxası varsa, heç imtahan vermədən də ürəyi istədiyi yerdə işə qəbul olur.
Əksər gənclər isə işsiz qalır. Ona görə də bu barədə aidiyyatı qurumlar ciddi düsünməlidir.Yoxsa, əks- təqdirdə ali məktəbi və kollecləri bitirən gənclərimiz işsizlikdən çox əziyyət çəkməli olacaqlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
20 Oktyabr 2026 10:44
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
19 Oktyabr 2026 14:16
Aqil Abbas Füzulidə müəllimlərlə görüşdü
16 Oktyabr 2026 17:24
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026 11:57
Xaricdə təhsil alanların DİQQƏTİNƏ!
15 Oktyabr 2026 16:51
LDU-da strateji hədəflər müzakirə olunub
15 Oktyabr 2026 10:49
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib
15 Oktyabr 2026 10:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat
15 Oktyabr 2026 00:27


Bakı -°C

