Belə havalarda məktəblər distant təhsilə keçməlidir
Bakıda və ölkə ərazisində havaların qeyri-sabit keçməsi bir daha onu göstərdi ki, bir neçə nazirlik belə çətın vəziyyətə hazır deyil və onlar müstəqil qərar qəbul edə bilmirlər.
Daha doğrusu, onlar yuxarıdan bir qərar gözləyirlər, o qərar da gəlmir və nəticə isə xoşagələn olmur. Məsələn, Bakıda həmin gün hava çox küləkli, yağışlı və soyuq keçdi. Məktəbə , xüsusilə də orta məktəbə gedən aşağı sinif şagirdləri əziyyət çəkdi. Pəncərədən baxırdım, bir neçə məktəbli yağış suyunun içində idi, hətta bir uşaq gölməçəyə yıxıldı, ona yaxınlıqdakı yaşıdları kömək edib qaldırdı. Belə küləkli havada onların üstünə yaxınlıqdan keçərkən binalardan qopan, daş, beton, taxta parçası da düsə bilər.
Tək məktəblinin deyil, hər hansı insanın da üstünə o dediyimiz əşyalar düsə bilər. Əlaqədar qurumlar deyir ki, həmin günü şagirdlərin təhlükəsizliyı təmin edilib. Amma heç kim təbii fəlakətdən sığortalanmayıb və o cümlədən, məktəblilər. Hansı ki, havanın qeyri- sabit keçməsilə bağlı hidrometeoroloqlar bütün qurumları məlumatlandırmışdı.Təəssüf ki, bəzi qurumlar buna əhəmiyyət vermədi və öz bildiklərini elədi. Yəni an azından ümumtəhsil, orta ixtisas və ali məktəblərdə bir günlük distant təhsilə keçmək olardı.
Onsuz da həmin günü dərsə davamiyyət bir o qədər də yaxşı olmayıb. Ona görə də bu hadisədən adiyyatı qurumlar nəticə çıxarmalı, mövcud nöqsanları aradan qaldırmalı və bir də belə qeyri-sabit hava şəraitində distant təhsilə keçməlidir. Bu, məktəblilərin ən yüksək səviyyədə təhlükəsizliklərini təmin etmək deməkdir!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Oktyabr 2026 17:43
Peşəkar mühasib sertifikatı üzrə II mərhələ imtahanı keçirilib
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
23 Oktyabr 2026 13:14
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
22 Oktyabr 2026 16:07
Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur
22 Oktyabr 2026 14:33
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
21 Oktyabr 2026 18:21
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
21 Oktyabr 2026 09:44


Bakı -°C

