Gavalı var ki, şaftalıya oxşayır...
İndi bir çox meyvələr var ki, genləri dəyişdirildiyinə görə, bir - birinə oxşayırlar . Məsələn, gavalı var ki, şaftalıya oxşayır, şaftalı da var ki, gavalıya oxşayır. Özü də bu meyvələrin dadı - tamı da yaxşı deyil.
Yeyirsən, ləzzət eləmir və ağız dadı hiss eləmirsən! Amma 30- 40 il bundan əvvəl əkilmiş ağacların dadı belə deyil. Yəni o ağacların meyvəsini yeyəndə sənə ləzzət eləyir. Tək şaftalı, gavalı ağacalrının geni dəyişdirilməyib. Eləcə də yeni əkilən, alma, armud , ərik, gilas, albalı... və digər ağacların da geni dəyişdirilib. Düzdür, yeni bir əkilən ağaclar çox məhsul verir.Eləcə də kartof, soğan ,bununla yanaşı, başqa tərəvəz məhsullarının da genləri dəyişdirilib. Bəs bu, nə deməkdir? Bu o deməkdir ki, dünyanın hər yerində belə proseslər gedir.
Ancaq bu demək deyil ki, yerli növ məhsullar sıradan çıxmalıdır. Bir çox ölkələr öz yerli, təbii və dadlı məhsul növlərini qoruyub sağlamağı bacarıb. Bəs bizimkilər isə niyə başlarının altına yastıq qoyub yatıblar.Fermerin dünya nə vecinə məhsuldarlıq üçün nəyə desən al atır.Amma ölkədə də Seleksiya İnstitutu var. Və onlar zəhmət çəkib ənənəvi toxumları qorumağı, saxlamağı və yaymağa bacarmalıdır. Yoxsa, bir neçə ildən sonra bir yerli sort məhsul qalmayacaq.Ağız dadımız tamamilə qaçacaq!!! Bəs onda nə olacaq???
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Noyabr 2025 11:43
“Azərsun Holdinq” media nümayəndələri arasında intellektual yarış keçirdi - FOTOLAR
07 Noyabr 2025 15:42
Yapon alim özünün robot oxşarlarını nə üçün düzəldib?
04 Noyabr 2025 14:44
Beynimizi vaxtından əvvəl qocaldan gündəlik vərdişlər
04 Noyabr 2025 10:26


Bakı -°C

