EPOXAL DÖVLƏT BAŞÇISI
TAİB sədrinin müavini Eyvaz Hünbətov:Cənab prezident Qarabağ problemini sülh yolu ilə həll etmək üçün uzun illər beynəlxalq ictimaiyyəti, Qərb institutlarını ədalətli münasibətə səslədi. Müxtəlif beynəlxalq platformalardan dünyaya səsləndi, bizim üçün taleyüklü məsələnin ətrafında qurulan oyunbazlıqlara son qoymağa çağırdı. Ədalətə çağırış səsimizi eşitmədilər deyə son vasitə kimi müharibə variantına əl atıldı. Və bu son çarə də illər əvvəldən elan olunmuşdu.
Prezident İlham Əliyev əslində torpaqlarımızı hərbi yolla azad etməklə əslində ATƏT-in Minsk Qrupunun da BMT-nin də üzərinə düşən vəzifəni həyata keçirdi. Yəni faktiki olaraq BMT-nin 4 qətnaməsi icra olundu - Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarıldı. O da faktdır ki, müharibənin də məqsədi yeni reallıqlar yaradıb əbədi sülhə nail olmaq idi. Bu istiqamətdə də Prezidentimiz bu gün də yorulmadan çalışır. Ermənistanın da qəbul etdiyi Sülh sazişi mətninin müəllifi məhz bizim dövlət başçımızdır.
Məgər regional kommunikasiyaların işlək vəziyyətə gətirilməsi, qitələri, dənizləri birləşdirəcək logistik layihələrin reallaşdırılması istiqamətində sistemli çalışmalar, Ermənistanı ticari əlaqələrə, transmilli layihələrdə əməkdaşlığa çağırmaq sülhə xidmət edən addımlar deyilmi?..Odur ki, Ermənistanla aramızdakı müharibəyə son qoyulması, regionda sabitliyin bərqərar olması, bilavasitə Prezident İlham Əliyevin xidmətidir. Qarşıda yekun sülh sənədi imzalanacaqsa və bu, mütləq olacaq, bunun yalnız bir şəriksiz müəllifi var - Azərbaycan Prezidenti İlham Əliyev!
Digər Xəbərlər
23 Oktyabr 2026 23:38
“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı
23 Oktyabr 2026 20:11
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib - VİDEO
23 Oktyabr 2026 18:59
Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
23 Oktyabr 2026 17:58
Parlamentin növbəti iclasında nələr müzakirə olunacaq? - YENİLƏNİB
23 Oktyabr 2026 17:01
“Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirmək istəyir”
23 Oktyabr 2026 16:27
Azərbaycanla Qırğızıstan arasında saziş təsdiqləndi
23 Oktyabr 2026 16:03
Azərbaycan və Türkiyə nazirləri Xankəndidə görüşdü
23 Oktyabr 2026 15:59


Bakı -°C

