" Araz" endirim etdi, " Ballı " qiyməti qaldırdı
.. Elə market və mağaza var ki, çoxlu alıcı cəlb etmək üçün kompaniyalar keçirir və endirimlər edir.
Təbii ki, belə addımların atılması ictimaiyyət tərəfindən hörmətlə qarşılanır. Məsələn, " Araz" marketlər şəbəkəsi belə tədbirləri davamlı olaraq gerçəkləşdirir. Bu isə o deməkdir ki, alıcıların adını çəkdiyimiz marketə marağını artır, axınını çoxaldır. Bu neçə gün bundan əvvəl bizim yaşadığımız Yeni Günəşlinin " D " massivində yerləşən " Araz" marketdə soğanı satışında kəskin endirim vardı. Belə ki, həmin gün soğanın kiloqramı 9 qəpiyə sayılırdı. Hansı ki, o saatlarda " Ballı" marketdə soğan 40 qəpiyə satılırdı.
Uzun müddətdir ki, biz " Ballı" marketdən alver edirik! Bir dəfə görmədik ki, orada əsaslı bir qiymət enimi olsun. Tərəvəz məhsulları xarab olur, ona endirim etmirlər. Onlar razıdırlar ki, məhsul xarab olsun, ancaq ucuz satılmasın! Dünyanın hər yerində səhərlər qiymətlər baha olsa da, günorta və axşam saatlarında məhsul ucuzlaşır. Amma bizdə bazarlarda qiymət endirimi olsa da, günorta və axşam saatlarında marketlərdə bunu görmürük. Təəssüf , min təəssüf!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
09 Yanvar 2026 16:14
Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salındı
09 Yanvar 2026 12:15
Azərbaycanın neft hasilatının azalması təsadüfdür, yoxsa zərurət və bu proses hara gedir?
09 Yanvar 2026 10:49
"Azərbaycan regionda yaşıl enerji istehsalına ən çox sərmayə cəlb edən ölkədir"
09 Yanvar 2026 10:38


Bakı -°C

