Bəs toylarda nə vaxt qənaət olunacaq?
Respublikamızın bir çox rayonlarda, kəndlərində yas mərasimlərində yaşanan ehsan- yemək vermək yığışdırılıb. Bu, birmənalı olaraq insanların ürəyindən xəbər verir.
Çünki rəhmətə gedən adamların yaxınları bilmir ki, həmin günü dəfn haqqında düşünsün, ölüsünü ağlasın, yoxsa insanlara yemək versin ! Bunlar hamısı yaş sahibinin üzərinə düşən ağır yükdür. Artıq bu ağır yük arxada qalıb, camaat daha yas mərasimlərində yemək vermir.İndi biz toylarımız haqqında da bir çıxış yolu tapmalıyıq. Belə ki, hər toyda 10- 15 cür soyuq yemək, 6-7 cür də isti yemək verirlər.
Yeməklər də çox vaxt masanın üstündə qalır və yeyilmir. Bax ən böyük israfçılıq budur ey! Toy sahibi yağdığı pulun hamısını şadlıq sarayına verib gedir! Çox təəsüf ki, toylardakı israfçılıqla bağlı ya az danışılır, ya da heç danışılmır! Şadlıq sarayları bu gün əhalinin cibini soyur və bunu da hamı görür, amma bir söz demir.
Heç kimə sirr deyil ki, şadlıq sarayları varlı, pullu və vəzifəli adamlarındır! Elə onlar da insanların cibinə girirlər. Sözümüzün canı odur ki, toylardakı özbaşınalığın və israfçılığın qarşısın almaq lazımdır. Oğul odur ki, Bakıdakı yüzlərlə şadlıq sarayındakı özbaşınalığa son qoysun !!!
Emil Faiqoğlu
Digər Xəbərlər
11 Sentyabr 2026 11:55
"Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda
10 Sentyabr 2026 15:47
Bu atları saxlayanlara 1000 manat veriləcək
10 Sentyabr 2026 09:18
25 ailə doğma yurduna qayıdır
09 Sentyabr 2026 16:58


Bakı -°C

