“İşğaldan azad edilən ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq”
“Azərbaycan bir neçə gündən sonra Dövlət Suverenliyi Gününü qeyd edəcək. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu eyni zamanda Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır:
“Azərbaycan 44 günlük Vətən Müharibəsi və 24 saatlıq anti-terror əməliyyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Azərbaycan 30 illik Ermənistan işğalına son qoydu. İşğal müddətində tamamilə dağıldmış Qarabağ artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ suveren Azərbaycanda yeni inkişaf drayverinə çevrilməkdədir”.
Millət vəkili deyib ki, böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait ayrılıb:
“Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. Yalnız 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq. Bütün bunlar isə əsasən daxili maliyyə mənbələri hesabına reallaşır. Bu suverenliyini tam bərpa etmiş Azərbaycanın gücünü göstərir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Noyabr 2025 17:02
Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb
02 Noyabr 2025 16:52
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib
02 Noyabr 2025 15:46
Abonentlər niyə pul ödəmək istəmir?!
01 Noyabr 2025 17:21
Hikmət Hacıyev "Zəngəzur dəhlizi"ndən foto paylaşdı
01 Noyabr 2025 14:32
Nazir Vilayət Eyvazov növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR + VİDEO
01 Noyabr 2025 14:23
Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı”: Geniş həbslər Bu Tarixdən BAŞLANACAQ
01 Noyabr 2025 10:46
Bu, qəza riskinin artmasına səbəb olur - BDYPİ-dən çağırış
31 Oktyabr 2025 15:22


Bakı -°C

