“Azərbaycanın antiterror əməliyyatında da humanizmə xüsusi üstünlük verdi”
“2023-cü il sentyabrın 19-da Azərbaycanın öz suveren hüquqları və eləcə də beynəlxalq konvensiyalara uyğun olaraq özünün ayrılmaz hissəsi olan Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində bu gün Dövlət Bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanmaqdadır. 44 günlük Şanlı Vətən Savaşından sonra imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili Azərbaycanın antiterror əməliyyatında da humanizmə xüsusi üstünlük verdiyini bildirib:
“Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə aparılan antiterror əməliyyatı nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməsi və mülki əhali qorunması ilə bağlı ciddi tapşırıq verilmişdi. Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu və qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi. Bu təbii ki, humanizmin Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən olduğunu bir daha göstərirdi”.
Vüqar Bayramov deyib ki, cəmi 23 saat 43 dəqiqəlik anti-terror əməliyyatları nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular:
“Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Anti-terror əməliyyatları nəticəsində Azərbaycan MDB-də münaqişələrə məruz qalan dövlətlər arasında ərazi bütövlüyünü və suverenlyini tam bərpa edən ölkə oldu”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Noyabr 2025 16:53
“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradıldı
04 Noyabr 2025 16:47
Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqinə dair Saziş təsdiqlənib
04 Noyabr 2025 13:40
Xankəndidə küçələrdən birinə Ənvər Paşanın adı verildi
04 Noyabr 2025 13:01
Leyla Əliyeva Avropa-Azərbaycan məktəbində - VİDEO
04 Noyabr 2025 12:59
"Gələn il həll olunacaq" - “AzTV”dən 26 milyonluq uyğunsuzluqla bağlı açıqlama
04 Noyabr 2025 11:45
"Böyük Qayıdış proqramının növbəti mərhələsini hazırlayırıq" - Sahil Babayev
04 Noyabr 2025 11:41
“AzTV”də 26 milyonluq uyğunsuzluq aşkarlanıb
04 Noyabr 2025 11:30


Bakı -°C

