Daşdan süzülən su...
Heç kimə sirr deyil ki, Bakıda əhaliyə verilən Kürün suyu bir qədər də təmiz deyil. Düzdür, o suya müxtəlif texnologiya ilə dəfələrlə təmizləyirlər, amma yenə onun tərkibindəki ağır metallar və digər birləşmələr qalır.
Ona görə də, bu suyu mütəxəssislər qaynatmadan içməyi məsləhət görmürlər.Bir çox insanlarsa , daşdan hazırlanmış xüsusi avadanlıqdan istifadə edirlər. Məsələn, mənim yaxın dostum, tanınmış jurnalist , Lətif Süleymanlı daşdan bir avadanlıq düzətdirmişdi. Hər gün icdikləri suyu bu avadanlıqdan süzürdü. Süzülmüş suya baxırdın bulaq suyu kimi təmiz və sərin idi.Hətta o, suyu çiy halda içirdi.
Deyirdi ki, bu avadanlıqdan süzülən suyu içəndən sonra nə böyrəyimizdə kirsatal oldu, nə də daş.Bu sudan dəmlənən çayın da dad ləzzətli idi. İndi çox adam bu daş avadanlıqdan istifadə edir.İmkanı olanla isə mənzillərində şirkətlərə daha müasir avadanlıqlar quraşdırır. Düzdür, o avadanlıqlar bahadır, amma onu evlərində quraşdıranlar razılıq edirlər.
Ancaq gəlin, onunla razılaşaq ki, əhalinin əksər hissəsi Bakıda Kürün suyunu süzülmədən içir.Elələri də var ki, krantın ağzına pambıq qoyur və suyu ondan süzüb içir. Hər halda, Bakıya gələn su təmiz olsa, əhali bu qədər narahatlıq keçirməz və əlavə xərcə düşməz!
Emil Faiqoğlu
Digər Xəbərlər
23 Dekabr 2025 14:34
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15
SN-nin mütəxəssisi yuxu pozğunluğu və oynaq ağrıları arasındakı əlaqədən DANIŞDI
22 Dekabr 2025 10:34
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI
22 Dekabr 2025 09:46
Əhali arasında yayılan xəstəliyin səbəbi nədir? - Rəsmi açıqlama
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13
6 yaşlı Ucalın köməyinizə ehtiyacı var - FOTO
16 Dekabr 2025 10:07


Bakı -°C

